A globe

Jehovah’s Witnesses

Official Media Web Site

jw-media.org Home
Azerbaijan

About Jehovah’s Witnesses

News

Our Official Web Sites

Media Resources


Təcili buraxılış üçün
10 mart, 2010-cu il
(English)

Azərbaycanda dini ədəbiyyatın paylanması cinayət sayılır

AZƏRBAYCAN, Bakı şəhəri, 3 mart, 2010-cu il. Yehovanın Şahidləri olan Famil Nəsirov və Əminə Məmmədova qonşularına Müqəddəs Kitabdan təsəlliverici xəbərləri danışırdılar. Bu vaxt üç polis zabiti onları saxlamış və polis məntəqəsinə gətirmişlər. Orada polislər onların şəxsi Müqəddəs Kitab nüsxələrini, həmçinin Müqəddəs Kitabı öyrənmək istəyənlərə vermək üçün nəzərdə tutulmuş dini ədəbiyyatları və bir neçə jurnalı müsadirə etmişlər.

Bu iki nəfər Yehovanın Şahidinin başqalarına paylamaq istədikləri ədəbiyyatın Azərbaycana gətirilməsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icazə verilmişdir. Buna baxmayaraq, polis işçiləri bu iki nəfəri 2009-cu ildə qəbul edilmiş “(müvafiq orqanın) icazəsi olmadan dini ədəbiyyatın mədaxil ediliməsini və yayımlanmasını” qadağan edən qanunu pozmaqda təqsirləndirmişlər. Həmin gün axşam radələrində Bakı şəhərinin Xətai rayon məhkəməsi bu iki nəfər Yehovanın Şahidindən hər birinin 200 Azərbaycan manatı ($250) məbləğində cərimə ödəməsini tələb etmişdir. Bu məbləğ Azərbaycanda aylıq orta əmək haqqının 70 faizini təşkil edir. Vətəndaşlar Nəsirov və Məmmədova məhkəmənin bu qərarına appelyasiya şikayəti verməyə hazırlaşırlar.

Yehovanın Şahidləri dünyanın 236 ölkə və ərazisində Müqəddəs Kitab haqqında daha çox bilik əldə etmək istəyən insanlara kömək etmək üçün maarifləndirici ədəbiyyatlardan istifadə edirlər. Bu ədəbiyyatlar 500 dildə dərc edilir. Onlardan biri dünyada tanınan, Azərbaycan dili də daxil olmaqla eyni vaxtda 180 dilə tərcümə edilib nəşr olunan Gözətçi Qülləsi jurnalıdır.

Dini əqidəsini açıq ifadə etmək hüququ əsas azadlıqlardan biridir və İnsan Hüquqlarının Və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiya tərəfindən qorunur. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa məhkəməsinin bir çox qərarları təsdiq edir ki, “mövcud olan dini əqidə ozünü sözdə və əməldə büruzə verir” (11 yanvar 2007-ci il tarixli Kuznetsov Rusiyaya qarşı № 184/02, § 56 və 25 may 1993-cü il tarixli Kokkinakis Yananıstana qarşı № 260-A, § 31, seriya A, qərarlara baxın). Azərbaycan Respublikası İnsan Hüquqlarının Və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının iştrakçısı olduğundan, hər hansı bir məhkəməyə Azərbaycan vətəndaşlarının hərəkətəni məhdudlaşdırmağa əsas verən bütün qanunlara insanın dini azadlığının keşiyində duran Azərbaycan KonstitusiyasınınAvropa Konvensiyasının çərçivəsi daxilində yanaşmaq lazımdır. Dini ədəbiyyatı yaymaq əsas azadlığın ayrılmaz hissəsidir.

Əlaqələr
Belçikada: Luka Tofoli, Yehovanın Məsihçi Şahidlərinin Avropa Asosiyasıyası
Telefon nömrəsi: +32 2 782 0015
Mobil nömrəsi: +32 475 58 10 36

Britaniyada: Pol Qilis, Yehovanın Məsihçi Şahidlərinin Avropa Asosiyasıyası
Telefon nömrəsi: +44 208 906 2211

ABŞ-da: Qreqori Alen, Baş Hüquq məsləhətxanasının əməkdaşı
Telefon nömrəsi: +845-306-0711